Mikrodalğalı soba
Mikrodalğalı sobanın iş prinsipi elktromaqnit dalğalarının təsir mexanizminə əsalanır.
Məlum olduğu kimi atomda elektron bir stasionar haldan digərinə keçərkən enerji şüalandırır, bu enerji şüalanmanın tezliyi (y) ilə bağlı olur, E=hy ilə ifadə olunur və bu enerji kvant adlanir. Burada h=4 .10–15ev.c = 6.10–34coul.c –Plank sabitirir. Bir elektron – volt (ev) 1 volt gərginlikli sahədə 1 elektronun qovulmasına, başqa sözlə sürət verilməsinə sərf olunan enerjidir. Elektromaqnit (EM) dalğaların bu kvantlara bölmək olar və göründüyuü kimi onun şüalanma enerjisi tezliklə bağlıdır.
EM dalğaları, spektrinə və dalğa uzunluğuna gorə şərti olaraq, 8 tezlik diapazonuna bölünür: səs tezlikli dalğalar, radio, UYT (mikrodalğalı şüalar), infraqırmızı (İQ) şüalar, görünən içıq, ultrabənövşəyi (UB) şüalar, rentgen şüaları, qamma şüalar.
Ultrayüksək tezlikli (UYT) kvantların enerjisi — atom və malekullarda rəqsi rərəkətləri həyəcanlandırmağa bəs edir, İQ -atmosferdə udulur, görünən işığın kvant enerjisi — 2–3 ev-a bərabərdir və hər hansı kimyəvi əlaqəni qırmağa və kimyəvi reaksiyanın getməsinə səbəb ola bilər, gözün torlu qişasına, fotoplyonkaya təsir edir, UB şüalar — daha da güclü kimyəvi rabitəni qırmağa, xarici elektronu qoparmağa, atomu ionlaşdırmağa qadirdir və həyat üçün zərərlidir, Rentgen şüaları- hətta atomun daxili təbəqəsindən elektron qopara və nüvəni həyacanlandıra bilər, Qamma şüalar- atom nüvəsini dağıtmağa qadirdir və güclü energetik qamma şüaları elementar hissəciyin daxilinə kecib , proton və neytrona təsir edir.
Mikrodalğalar, başqa sözlə, UYT-li şüalar –dalğa uzunluğu 1m- dən 1mm-ə qədər olan, EM –dalğalarıdır. Mikrodalğalar təbiətdə də var- Günəş EM –dalğaları şüalandırır. Bu dalğalar fəzada 300 000 km/s – işıq sürəti ilə yayılır.